
Rayon polis şöbəsinə daxil olan məlumat əsasında aparılan araşdırmalar zamanı rayon sakini Elman Haqverdiyev tutularaq istintaqa cəlb olunub. Gununsesi.info-nun xəbərinə görə, onun üzərinə baxış keçirərkən kibrit qutusunda 5.53 qram çəkidə qurudulmuş marixuana aşkarlanıb. Daha sonra rayonun Heydər Əliyev küçəsində yerləşən mənzilində aparılan əməliyyat- axtarış tədbirləri nəticəsində də ümumi çəkisi 455 qr olan qurudulmuş marixuna aşkarlanaraq hüququ-mühafizə əməkdaşları tərəfindən təhvil götürülüb.Istintaq zamanı təqsirləndirilən şəxs ümumi 460 qr olan kustar üsulla hazırlanmış marixuanın ötən ilin avqustundan naməlum mənbədən şəxsi istehlak məqsədilə əldə etdiyini bildirib.Qeyd edək ki, Elman Haqverdiyev əvvəllər oğurluq əməlinə görə məhkumluq həyatı yaşayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 234.1 maddəsi üzrə cinayət işi açılıb, araşdırmalar aparılır.