Kürdəmir sakini öz əmisi oğlu tərəfindən bıçaqlandı

  • By Mayil
  • 23 Fevral 2017 16:48

BICAQ

Kürdəmir sakini əmisi oğlu tərəfindən bıçaqlanıb.

Gununsesi.info-nun xəbərinə görə, hadisə rayonun Topalhəsənli kəndində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Rahib Səməndər oğlu Ağayev bıçaq xəsarəti diaqnozu ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Kürdəmir Rayon Polis əməkdaşlarının əməliyyat – axtarış tədbirləri nəticəsində hadisəni törədən, zərərçəkənin əmisi oğlu Ümid Ağayev tutularaq istintaqa təhvil verilib. İlkin ehtimala görə, hadisə münaqişə zəminində baş verib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Gununsesi.info