
Kürdəmirdə vətəndaşa məxsus 4 otaqlı ev yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Qarabucaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 336 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evin mətbəxin yanar konstruksiyaları 15 m2 sahədə yanmış və yüksək temperaturdan eyvanın lambirdən ibarət tavanı 80 m2 sahədə əriyib.
Evin qalan hissəsi və evə bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info