Kürdəmirdə 7 otaqlı ev, tövlə, 20 ton ot və yük avtomobili yandı

  • By admin
  • 26 İyul 2017 07:10

FHN

Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  rayonun Xirdapay kəndində vətəndaşa məxsus (bir-birinə bitişik  tikilmiş  tikililər) ümumi sahəsi 300 m2 olan  ikimərtəbəli 7 otaqlı evin  yanar  konstruksiyaları, ümumi sahəsi  120 m2  olan  talvarın  yanar konstruksiyaları, talvarın  altına yığılmış 20 ton ot bağlaması, ümumi sahəsi 80 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə  və yaxınlıqda dayanmış   “QAZ” markalı yük avtomobilinin yanar hissələri yanıb.

Tövlənin qalan hissəsi, yaxınlıqda olan tikililər və qonşu evlər  yanğından mühafizə olunub. Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info