Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var

  • By admin
  • 06 Yanvar 2017 20:53

kurdemir

 

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info-nun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor-sor kəndindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayon sakini 1957-ci il təvəllüdlü Ağa Xanlar oğlu Mirzəyevin idarə etdiyi QAZ-53 markalı maşınla Ağcabədi rayon sakini 1974-ci il təvəllüdlü Elşad Mamed oğlu Axundovun idarə etdiyi “Mersedes” markalı minik maşını toqquşub.

Nəticədə minik maşınının sürücüsü E. Axundov və sərnişini 1976-cı il təvəllüdlü Elnur Surxay oğlu Əliyev müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı payon polis şöbəsində araşdırma aparılır.

 

Gununsesi.info