Kürdəmirdə ağır yol qəzası: xəsarət alanlar var

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd ərazisində hərəkət edən iki eyni markalı “VAZ 2107” markalı avtomobil toqquşub. Nəticədə avtomobillərdən birində olan 3 nəfər Çöhranlı kənd sakini – sürücü 1951-ci il təvəllüdlü Alim Ağaveyis oğlu Hacıyev, onun sərnişinləri 20 yaşlı Rəşidə Rayiq qızı Rəcəbova və 18 yaşlı Süleyman Ramiq oğlu Rəcəbov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

HTML tutorial

Hazırda faktla bağlı araşdırma aparılır.

Gununsesi.info