
Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info xəbər veirir ki, hadisə Ağsu- Kürdəmir-İmişli yolunun 27-ci kilometrliyində, Kürdəmir rayonunun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb. Ağsu rayon sakini 1981 -ci il təvəllüdlü Vüsal Nadir oğlu Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı minik maşını ilə eyni istiqamətdə hərəkətdə olan Kürdəmir rayon sakini 1993-ci il təvəllüdlü Əşrəf Müslüm oğlu İsmayılovun idarə etdiyi qoşqulu traktor toqquşub. Nəticədə minik maşınında olan sərnişin Məhəmməd Nadir oğlu Əhmədov ağır xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəxanada yaralıya lazımı tibbi yardım göstərilsə də o xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info