Kürdəmirdə avtomobil yanıb

  • By admin
  • 28 May 2017 20:07

avtomobil-yangini

 

Kürdəmirdə minik avtomobili yanıb.

APA-nın xəbərinə görə, hadisə bu gün Ağsu- Kürdəmir-İmişli yolunun 57-ci kilometrliyində Kürdəmir rayon ərazisində qeydə alınıb.

Kürdəmir rayon sakini 1965-ci il təvəllüdlü İnqilab Məhərrəm oğlu Həsənovun idarə etdiyi “QAZ-31” markalı minik maşını hərəkətdə olarkən qəflətən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Fakt araşdırılır.

 

Gununsesi.info