
Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gununsesi.info xəbər verir ki, qəza bu gün Bakı-Qazax əsas magistral yolunun 169-cu kilometrliyində, Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Gədəbəy rayon sakini, 49 yaşlı Şahvələd İbrahimov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə Qazax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşın yol kənarına aşıb. Ağır xəsarət alan Şahvələd İbrahimov hadisə yerində dünyasın dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Gununsesi.info