Kürdəmirdə dəhşətli qəza baş verdi - 2 nəfər öldü, 3 nəfər ağır yaralandı

  • By admin
  • 05 Avqust 2016 16:50

kia

 

Fövqəladə Hallar Nazirliyi  (FHN) Kürdəmirdə baş verən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat açıqlayıb.

Gununsesi.info-nun FHN-nin  saytına istinadən verdiyi məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayonu, Xırdapay kəndində “KİA” markalı minik avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Qəza nəticəsində “KİA” markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Ələkbərov Əli Əsəd oğlu və 1983-cü il təvəllüdlü Salahova Leyla Yunus qızı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 2 nəfər sərnişin xəsarət alıb.

“VAZ” markalı minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cəsəd və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Gununsesi.info