
Kürdəmirdə ev yanıb.
Gununsesi.info xəbər verir ki hadisə ötən axşam saat 22 : 30 radələrində rayonun Atakişili kəndində qeydə alınıb. Kənd sakini 1973-ci il təvəllüdlü Ulduz Babaş qızı Qurbanovaya məxsus 1 mərtəbəli 3 otaq və 1 mətbəxdən ibarət fərdi yaşayış evində güclü yanğın baş verib. Yanğın nəticəsində ümumi sahəsi 108 kvadratmetr olan evin 54 kvadratmetri əşyaları ilə birlikdə yanaraq kül olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və yaxınlıqda ki tikililər yanğından mühafizə olunub. Ev sahibi evin mübahisəli olduğuna görə, qəsdən yandırıldığını iddia edir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info