Kürdəmirdə iki avtomobil toqquşub, xəsarət alan var

  • By admin
  • 11 Fevral 2017 15:56

qeza252

 

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun xəbərinə görə, hadisə bu gün Heydər Əliyev prospektində qeydə alınıb. Kürdəmir rayon sakini, 1988-ci il təvəllüdlü Sadiq Lazım oğlu Qədirovun  idarə etdiyi “Chery” markalı maşınla 1982-ci il təvəllüdlü Afiq Rafiq oğlu Əliyevin idarə etdiyi “VAZ-21011″ markalı minik maşını toqquşub. Nəticədə” VAZ-21011″ markalı maşının sürücüsü A. Əliyev müxtəlif xəsarətlərlə  Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, hadisəyə səbəb “VAZ” markalı maşının sürücüsünün dönmə əməliyyatın düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info