Kürdəmirdə iki azyaşlı kimyəvi maddə içərək zəhərlənib

  • By ilhame
  • 29 Oktyabr 2023 20:22

Kürdəmirdə iki azyaşlı kimyəvi maddə içərək zəhərlənib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Köhünlü və Ərşəli kəndlərində qeydə alınıb.

Belə ki, rayonun Köhünlü kənd sakini, 2019-cu il təvəllüdlü Tağızadə M.V. oğlu səhvən mal dərmanı, rayonun Ərşəli kənd sakini, 2022-ci il təvəllüdlü Hüseynov İ.R. oğlu isə səhvən Naftalan yağı içərək zəhərlənib.

Hər iki uşaq dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda fakt araşdırılır.

Gununsesi.info