Kürdəmirdə kafedə yanğın olub

  • By admin
  • 03 Sentyabr 2017 12:17

FHN
Kürdəmir rayonu, Qarabucaq kəndində ümumi sahəsi 50 m2 olan kafenin taxtadan ibarət tavanı 8 m2 sahədə yanıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gununsesi.info