Kürdəmirdə kombayn od püskürərək taxıl zəmisini yandırdı

  • By admin
  • 31 May 2019 10:02

Kürdəmir rayonunda biçilməmiş taxıl zəmisində yanğın baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Yenikənd kəndi ərazisində Fikrət Məcid oğlu Abdullayevə məxsus taxıl sahəsində baş verib. Yanğın 44 hektar taxıl sahəsinin 2 hektarını əhatə edib.

Hadisə şahidlərinin bildirdiyinə görə, taxıl biçini aparılarkən kombaynın səsboğucu borusundan od püskürüb və 2 hektar sahə tamamilə yanıb. Yanğının artıq söndürüldüyü bildirilir.