Kürdəmirdə mağazaya basqın edib satıcını döydülər

  • By admin
  • 26 Aprel 2021 15:39

Kürdəmir RPŞ-yə müraciət edən Sığırlı kənd sakini S.Qurbanov aprelin 23-də saat 23 radələrində işlədiyi mağazaya gəlmiş bir nəfərin onu döyərək 600 manat pul və danışıq kartları apardığını bildirib.

Gununsesi.info xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini Q.Qaçayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.