Kürdəmirdə qəza olub: - Ölən və xəsarət alan var

  • By Günel
  • 11 Yanvar 2025 19:12

Kürdəmirdə yol- nəqliyyat hadisəsi olub, ölən və xəsarət alan var.

Gununsesi.info xəbər verir ki, hadisə Ağsu-İmişli-Kürdəmir avtomobil yolunun rayonun Sorsor kəndindən keçən hissəsində baş verib. “VAZ-2107” markalı maşınla “Chevrolet” markalı maşın toqquşub. Nəticədə Kürdəmir rayon sakini, 1972 -ci il təvəllüdlü Rafiq Musa oğlu Kərimov hadisə yerində həyatını itirib. Oğlu, 2004-ci il təvəllüdlü Xəyal Rafiq oğlu Kərimov isə müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info