Kürdəmirdə qəza: 2 yaralı - YENİLƏNİB - FOTO

  • By admin
  • 09 İyul 2018 10:33

10:01

Kürdəmir rayonunda baş verən yol qəzası zamanı xəsarət alan şəxslərin adları məlum olub.

Gununsesi.info report-a istinadən xəbər verir ki, bunlar rayon sakini, 1988-ci il təvəllüdlü Xalıqov Əlmusa Ələsgər oğlu və rayonun Sığırlı kənd sakini, 1946-cı il təvəllüdlü Əhmədov Ağayarbəy Əlibəy oğludur.

Faktla bağlı araşdırma aparılır.

———-
09:51

Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə şəhərin Bakı prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.