Kürdəmirdə “Toyota” aşdı: Xəsarət alan şəxsin son durumu açıqlandı

  • By Günel
  • 04 Sentyabr 2024 16:02

“Kürdəmirdə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ambulator müalicə üçün evə buraxılıb”.

Gununsesi.info bildirir ki, bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) verib.

“4 sentyabr tarixində saat 12:00-da Kürdəmir rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 1975-ci il təvəllüdlü (kişi cinsli) şəxs təcili tibbi yardım vasitəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona başın sıyrığı, döş qəfəsinin küt travması diaqnozu təyin edilib. Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb”, – deyə qurumdan bildirilib.

Gununsesi.info