
Türkiyə vətəndaşı Hasan Culha tərəfindən GUNUNSESİ.İNFO-nun elektron poçtuna şikayət məktubu daxil olub. Türk vətəndaşı saytımıza yolladığı məktubunda Kürdəmirdən olan Həsənova Vəfa Heybət qızı tərəfindən aldadıldığını və pulunun mənimsənildiyini deyib. Onun müraciətini olduğu kimi təqdim edirik:
Hörmətli redaksiya!
Üç uşaq atasıyam, həyat yoldaşımdan boşanmış və övladlarıma həm ana, həm də ata olmuşam. Sosial şəbəkələrlə maraqlanan insan olaraq Azərbaycan vətəndaşı, Kürdəmir rayonunda yaşayan Həsənova Vəfa Heybət qızı ilə tanış olmuş, səmimi etiraf edim ki, sosial şəbəbkədə Vəfa xanım haqqında olan məlumatlar məni maraqlandırmış, nəhayyət, Vəfa xanımla sosial şəbəkədə əlaqə yaratmış, onunla ailə quracağım qərarına gəlmişəm. Bir müddətdən sonra Vəfa xanım məndən para istəmiş, paranı bir halda anasının gözlərində əməliyyat aparaçağına , başqa halda qızına toy ləvazimatı üçün ehtiyacı olduğunu, ümumiyyətlə, həyat şəraitinin çətinliyin bildirmiş və sair. Ümumi məbləğ 3000 ABŞ dolları olaraq, mən Vəfa xanıma para göndərdim. Sonradan məlum oldu ki, Vəfa xanım ailə həyatı qurmamış, heç bir övladı yoxdur. O ,mənim hisslərimdən istifadə etmiş, qadına xüsusilə Azəri qadınına xas olmayan yol seçmiş və para qazanmaq üçün insani hisslərə xas olmayan hərəkətlər etmişdir. Nümayəndəm vasitəsilə Kürdəmir rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə 3000 ABŞ dolları paramın qaytarması barədə qərar qəbul etmişdir. Hazırki müraciətimdə mən hadisənin maddi tərəfin yox, mənəvi tərəfindən narahatlığımı Sizin qazetiniz vasitəsilə cəmiyyətə çatdırmaq və qadınlıq ləyaqətinə uyğun olmayan Vəfa xanımın hərəkətlərinə diqqət çəkmək istəmişəm. Bütün bunlara baxmayaraq məndə böyük inam var ki, Vəfa xanım kimi qadınlar Azərbaycanda barmaqla sayıla biləçək qədər azdırlar.
Böyük hörmətlə, Hasan Culha
Müraciətdə adı keçən Vəfa Həsənovanın da mövqeyini işıqlandırmağa hazırıq.
Gununsesi.info