Kürdə bir nəfər batdı

  • By admin
  • 07 İyul 2020 17:33

Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb. 

Gununsesi.org bildirir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Gununsesi.org