Kürdə problem: Bir sıra şəhər və rayonlarda su kəsiləcək

  • By admin
  • 25 İyul 2020 14:56

Azərbaycanın bəzi rayonlarında içməli suyun verilişində məhdudiyyətlər olacaq. 

Gununsesi.info bildirir ki, bununla bağlı “Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan və Hacıqabul şəhərlərinə, həmçinin, Bakının Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər tətbiq ediləcək.

Gununsesi.info