Kürdəmirdə ağır yol qəzası: İki nəfər öldü

  • By admin
  • 19 İyun 2022 12:58

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.

Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

“Toyota” markalı avtomobil Gəncə istiqamətin də hərəkətdə olarkən “Azpetrol” şirkətinə məxsus yanacaq daşıyan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə “Toyota”da olan 2 nəfər, sürücü ilə sərnişin – Xatəm Baydaşov və Fərid Nəsibov hadisə yerində dünyalarını dəyişiblər.

Ölənlərin hərbi qulluqçu olduğu qeyd edilir.

Onların meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info