Kürdəmirdə artan mal-qara oğurluqlarının üstünün açılmaması sosial narazılığa səbəb ola bilər

  • By admin
  • 11 Yanvar 2020 14:09

Son zamanlar Kürdəmir rayonun kəndlərində mal-qara oğurluğu və kütləvi hal alıb. Son bir ayda rayonun Mollakənd kəndində bir neçə təsərrüfatdan iri və xırdabuynuzlu heyvanlar aparılıb.

Bu barədə kənd sakinləri Gununsesi.org-a bildiriblər. Maraqlı məqam burasındadır ki, bu heyvan oğurluqlarının heç birinin üstü açılmır.

Təkcə 1 ayın içində mollakənd kəndindəki Hüseynov Hüseynbabanın, Məmmədov Hacıbaba, Hüseynov Nazimin inəkləri, Alıyev Aslanın 8 qoyunu, İsayeva Ətirənin və Həsənova Yaxşı xanımın qoyunları, Muxtarov Nicatın toyuqları və  quşları oğurlanıb. içində.

Polisdən oğurluqlarla bağlı cinayət işləri açılmasına baxmayaraq, ancaq bu cinayətlərin üstü açılmamış olaraq qalır. Bu isə rayonda oğurluq hallarının artmasına  gətirib çıxarır. Bu isə həm də rayon sakinlərinin narazılığını günbəgün artırır.

Gununsesi.org