Kürdəmirdə maşından oğurluq edən şəxs tutulub 

  • By admin
  • 18 Avqust 2017 11:52

masin_ogrusu_018

Kürdəmirdə “VAZ-2107” markalı avtomobilin təkərini, maqnitafonunu və akkumulyatorunu oğurlamaqda şübhəli bilinən rayon sakini tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən avqustun 16-da Sığırlı kəndi ərazisində vətəndaşa məxsus “VAZ-2107” markalı avtomobilin təkərini, maqnitafonunu və akkumulyatorunu oğurlamaqda şübhəli bilinən kənd sakini Qürbət Ağamalıyev tutulub.

Anar

Gununsesi.info