Kürdəmirdə mikroavtobus aşdı,10 nəfər xəsarət aldı   - FOTO

  • By admin
  • 27 Noyabr 2021 15:27

Kürdəmirdə baş verən yol qəzasında xəsarət alanların sayı 10-a çatıb.

Hadisə nəticəsində Tərtər rayon sakini, 56 yaşlı İsmayılov Ələkbər Hüseyn oğlu, Bərdə rayon sakinləri – 45 yaşlı Quliyev Fəqan Əli oğlu, 50 yaşlı Məmmədova Mehparə Hüseyn qızı, 6 yaşlı Quliyeva Validə Fəqan qızı, Göyçay rayon sakinləri – 69 yaşlı Qəhrəmanov Fikrət Şəmi oğlu, 35 yaşlı Mizəffərova Tünzalə Ramiz qızı, Ağdaş rayon sakinləri – 33 yaşlı Mizəffərov Samir İldırım oğlu, 6 yaşlı Mizəffərli Xəyyam Samir oğlu, Bakı şəhər sakinləri 32 yaşlı Hacıyeva Sənubər İsa qızı, 2021-ci təvəllüdlü Hacızadə Fəridə Camal qızı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

xxx

Kürdəmirdə ağır yol-nəqliyyat hadisə baş verib.

Gununsesi.info report-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “FORD” markalı mikroavtobus həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılıb.

İlkin ehtimala görə, hadisə zamanı 6 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info