
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA -nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Süleyman Xasay oğlu Quliyev idarə etdiyi traktorla yolu keçən piyada, Kürdəmir rayonun Karrar kənd sakini, 1982-ci il təvəllüdlü Yusif Oqtay oğlu Rüstəmovu vuraraq öldürüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Gununsesi.info










