Kürdəmirdə vətəndaşlarla görüş keçirildi - FOTOLAR

  • By admin
  • 24 Avqust 2022 19:11

“Qardaşım 1-ci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid ailəsi üzvü olaraq sizdən xahiş edirəm SOCAR “Azəriqaz” İstehsalat Birliyində müvafiq işlə təmin olunmağıma köməklik edəsiniz”.

Bu sözləri Kürdəmir rayon sakini Rəşad Ağayev bu gün keçirilən “Açıq mikrofon” aksiyası zamanı bildirib.

Aksiyada iştirak edən rayon sakinləri Əzim Əliyev, Fəqan Baxışov və Araz Əsədov da Birlikdə işlə təmin olunmaqla bağlı müraciət ediblər.

Daxil olan müraciətlərlə bağlı “Azəriqaz” İB-nin Ağsu Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşlara lazımi izahat veriblər.

Gununsesi.info