Kürd muxtariyyətinin naziri İngiltərəyə qaçdı

  • By admin
  • 10 Noyabr 2017 19:26

İraqın Kürd muxtariyyətinin Energetika naziri Aşti Havrami İngiltərəyə qaçıb.

Gununsesi.info xəbər verir ki, nazir Kürd muxtariyyətində “müstəqillik” haqqında referendum keçirildikdən sonra Ərbili tərk edib.

Hələlik muxtariyyətin rəsmi şəxsləri bununla bağlı məlumat verməyib.

Qeyd edək ki, A.Havrami 2006-cı ildən Kürd muxtariyyətinin energetika və təbii sərvətlər naziri vəzifəsində işləyib.

Xatırladaq ki, sentyabrın 25-də İraqın kürd muxtariyyəti müstəqillik haqqında qanunsuz “referendum” keçirib.

Gununsesi.info