Kürd partiyasının ofisi basıldı

  • By admin
  • 20 Noyabr 2022 13:21

Cənub qonşumuz İranda etirazların pik həddə çatdığı vaxtda hüquq-mühafizə orqanları Kürdüstan Kamala Partiyasının ofisinə basqın edib.

Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İran polisi adıçəkilən partiyanın Qərbi Azərbaycan vilayətindəki ofisində əməliyyat keçirib.

Məlumata görə, partiyanın onlarla üzvünün həbs edildidiyi bildirilir.

Qeyd olunub ki, İranda fəaliyyət göstərən Kürdüstan Kamala Partiyasının bir sıra üzvləri ölkədə baş verən etirazlara dəstək verməkdə və aranı qarışdırmaqda ittiham olunur.

Gununsesi.info