Kürdlər Türkiyədə yeni partiya yaradır - MƏSUD BƏRZANİ XEYİR-DUA VERİB

  • By admin
  • 21 İyun 2017 14:04

berzani

Kürdlər Türkiyədə yeni partiya yaradır.

Gununsesi.info xəbər verir ki, Şimali İraqdakı kürdlərin lideri Məsud Bərzaninin davamçıları Türkiyədə yeni kürd partiyası yaratmaq qərarına gəliblər.

Yeni yaranacaq kürd partiyası Səlahəddin Dəmirtaşın lideri olduğu Demokratik Xalqlar Partiyasına alternativ olacaq. Yeni yaradılan partiyanın adı Kürdüstan Demokratik Partiyası olacaq.

Artıq partiyanın yaradılması ilə bağlı siyasilər Diyarbəkirə toplanıblar. Partiyanı yaradan şəxslər Ramazan bayramından sonra qeydiyyata alınmaq üçün Türkiyə Daxili İşlər Nazirliyinə müraciət edəcək.

Yeni yaranacaq partiya kürdlərin kompakt yaşadığı ərazilərdə Demokratik Xalqlar Partiyasına rəqib kimi çıxış edəcək.

Qeyd edək ki, yeni yaranacaq siyasi partiyaya müxtəlif kürd pariyalarının Kürdüstan Sosialist Partiyasının (PSK) da birləşəcəyi gözlənilir.

Kürdüstan Demokrat Partiyasına gəldikdə isə onu demək lazımdır ki, bu partiya 1965-ci ildə Səid Elçi tərəfindən yaradılıb. İndi 48 ildən sonra  Məsud Bərzaninin xeyir-duası ilə yenidən Türkiyə ərazisində fəaliyyət göstərmək qərarına gəlinib. Partiya rəhbərliyinə isə təşkilatın yaradıcılarından biri olan Faik Bucakın oğlu Sertaç Bucakın gətiriləcəyi gözlənilir.

Gununsesi.info