İraqın şimalında kürdlərin referendum keçirmə planı İran, İraq, Suriya, Türkiyə, Səudiyyə Ərəbistanı və Rusiyanın parçalanmasına yönəlik siyasətin tərkib hissəsidir.
Gununsesi.info xəbər verir ki, belə bir qənaət “İran.ru” analitik xəbər portalının kürdlərin keçirdiyi referendumla bağlı hazırladığı analitik materialda qeyd olunub.
İndi həmin materialı ixtisarla təqdim edirik. Mətbu orqanın yazdığına görə, İraqın şimalında keçirilən referenduma qarşı kəskin formada çıxan birinci ölkə Türkiyədir və onun ardınca isə İran. Bağdad da bu referendumu heç cür qəbul etmək istəmir. Suriya isə bu məsələyə elə də reaksiya vermir. Çünki 6 illik müharibədə çox zəifləyib. Ancaq Dəməşq Suriyanın şimal-şərqində kürdlərin bir avtonomiyası formalaşıb və bu gələcəkdə onlar üçün ciddi problemə çevriləcəyinin fərqindədirlər.
Kürdlərin müstəqil dövlət yaratmasının isə ilk olaraq İraqın parçalanmasına yol açmaqla yanaşı, Türkiyənin milli təhlükəsizliyinə ciddi təhdid yaradacaq. Çünki təkcə İraqın şimalında deyil, eyni zamanda Vaşinqtonun hərbi dəstəyi ilə Suriyanın şimal-şərqində kürdlərin bir muxtariyyəti formalaşmaqdadır. Vaşinqton uzun müddətdir ki, bölgədə müstəqil kürd dövlətinin yaranmasını istəyir və bunun üçün də İraq, Suriya, İran və Türkiyəyə təzyiq edir. Baxmayaraq ki, indiki mərhələdə Vaşinqton kürdlərin müstəqil dövlət yaradılması istiqamətində keçirəcəkləri referendumu dəstəkləmir. Bunun da səbəbi ondan ibarətdir ki, ABŞ İraq və Suriyada terrorçulara qarşı mübarizədə beynəlxalq koalisiya və NATO Ankaranın simasında aktiv mübarizə aparır. Ona görə də bu mərəhlədə Ankaranı incitməmək, özündən küsdürməmək üçün kürdlərin refrendum keçirməsini pisləyir və buna qarşı çıxır. Burada digər bir məqam da ondan ibarətdir ki, kürd dövlətinin yaranması nəticəsində bölgədə yaranacaq böhranda öz ordusunu kürdlərə qarşı vahid mövqedən çıxış edəcək Türkiyə, İran, İraq və Suriyaya qarşı cəmləşdirə bilməyəcək. Bura digər ərəb ölkələri də qatılacaq. Çünki kürd dövlətinin yaradılması nə Səudiyyə Ərəbistanının, nə Misirin, nə də digər ərəb ölkələrinin marağına uyğundur.
“İran.ru”nun yazdığına görə, ona görə də Vaşinqton gələcəkdə kürdlərin dövlət müstəqilliyini dəstəkləmək üçün Yaxın Şərqdə demokratikləşmə şüarından istifadə edəcək və xalqların öz müqəddəratını təyinetmə hüququnu tanıması ideyasını dəstəkləyəcək. Bununla da Vaşinqton İran və Suriyanın parçalanması üçün president yaradacaq. İran və Suriyanı parçalamaq üçünsə ilk olaraq kürdləri hərəkətə gətirəcək. Onu da yaddan çıxarmaq lazım deyil ki, İranda kürdlərdən başqa Azərbaycan türkləri, bəluclar, ərəblər kimi çoxmilyonlu etnik qruplar yaşayır. Bunların da hərəkətə gətirilməsi mümkündür. İran və Suriyanın parçalanmasının ardınca növbə Türkiyənindir. Bundan sonra isə hədəfdə Rusiyanın parçalanmasıdır ki, artıq Vaşinqton bu ölkədə uzun müddətdir Şimali Qafqazda və Volqa ətrafında milli, dini zəmində separatizmi qızışdırır.
“İran.ru”nun qeyd etdiyinə görə, bu gün kürdlərin referendum keçirməsi və müstəqil dövlət yaratmasının ən qızğın tərəfdarı İsraildir. İsrail öz sərhəddindən uzaqda güclü münaqişə ocağının yaranmasında maraqlıdır. Bununla İsrail rəqiblərinin diqqətini özündən yayındırmaq istəyir.
Məsələ ilə bağlı İran İslam İnqilabı Keşikçiləri korpusunun sabiq rəhbəri Möhsün Rezain bu günlərdə Bağdadda keçirdiyi mətbuat konfransında deyib ki, İraq kürdlərinin referenduma itələnməsində məqsəd İran, İraq, Suriya və Türkiyəni müharibəyə sürükləməklə, bölgədə uzun müddətli münaqişə ocağının yaranmasına nail olmaq və qeyri-sabit bir bölgəyə çevirməkdir.
İranlı hərbçi onu da əlavə edib ki, bu proses İraqın mərkəzi hökuməti ilə İraq kürdləri arasındakı münasibətlərin hərbi fazaya keçməsinə zəmin yaradacaq: “Yaxın Şərqdə belə bir prosesin başlaması dünya üçün böyük bir təhlükə mənbəyinə çevriləcək”.
Hazırladı Mürtəza
Gununsesi.info