“Kürdüstan” ifadəsi AKP-ni qarışdırdı: HAKİM PARTİYADAN OLAN İKİ DEPUTAT QARŞI-QARŞIYA GƏLDİ

  • By admin
  • 12 İyun 2017 22:02

selcuk-ozdag-dan-tarihe-not-dusulecek-konusma

“Kürdüstan” ifadəsi bu dəfə hakim partiyada dartışmaya yol açıb.

Gununsesi.info-nun xəbərinə görə, belə ki, AKP-li kürd əsilli millət vəkili Qalib Ensarioğlu bugünlərdə “İraq Kürdüstanı”nın 25 sentyabr tarixində referendum keçirməyə hazırlaşması ilə bağlı  məsələyə reaksiya verərkən “Kürdüstan” ifadəsini işlədib və bu ifadə onun partiyadaşları tərəfindən etirazla qarşılanıb.

Qalib

Qeyd edək ki, Q. Ensarioğlu “referendum Kürdüstan xalqının qırarıdır. Onun da bu qərarına hörmətlə yanaşılmalıdır”-deyə, bildirib.

AKP Manisa millət vəkili Selcuq Özdağ isə bu ifadəni sərt təpkiylə qarşılayıb.

“Kimsə imperialasitlərin çörəyinə yağ sürtməyə qalxmasın. “Kürdüstan” ifadəsi qəbul edilə bilməz“-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info