Kürdüstandakı referendumu dəstəkləyən məmur “Azəravtoyol”un əməkdaşıdır?  - AÇIQLAMA (FOTO)

  • By admin
  • 28 Sentyabr 2017 10:54

59cc9c3523e89_yyyyyyyy

“Ötən gün bəzi informasiya saytlarında guya “Azəravtoyol” İstehsalat Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışan Vüqar Bəndalı oğlunun separatçı Kürdüstanın “müstəqillik” referendumuna açıq dəstək nümayiş etdirməsi ilə bağlı xəbərlər yayılıb. Bu məlumatar həqiqəti əks etdirmir”.
Gununsesi.info xəbər verir ki, bunu  “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Bildirib ki, “Azəravtoyol” ASC-nin İstehsalat Təmir-Tikinti Birliyi adında müəssisəsi və Vüqar Bəndalı oğlu adlı əməkdaşı yoxdur.
Gununsesi.info