“Kurtlar vadisi pusu” bu mövsüm yayınlanmayacaq” - Necati Şaşmaz

  • By admin
  • 13 Oktyabr 2016 12:35

polad
Türk serial tarixinin ən uzun müddətli seriallarından olan daha bir filmin efir həyatı bitir.
Gununsesi.info “Şok” qəzetinə istinadən xəbər verir ki, mafiya və dərin dövlət həyatından bəhs edən “Kurtlar vadisi pusu” final edəcək.
15 yanvar 2003-cü il tarxində “Show TV”də yayınlanmağa başlayan “Kurtlar vadisi pusu” serialı yeni mövsümdə yayınlanmayacağı iddia olunur.
“Söylemezsem Olmaz” proqramına dəvət olunan “Kurtlar vadisi pusu” serialının baş qəhrəmanı Necati Şaşmaz aparıcı Ömür Varolun sualını cavablandırarkən billdirib ki, bundan sonra “Kurtlar vadisi pusu” serialının ardı çəkilməyəcək: “Artıq “Kurtlar vadisi pusu” bu mövsüm yayınlanmayacaq”.

Anar
Gununsesi.info

HTML tutorial