Kütləvi böyük qayıdış uzaqda deyil -Vüqar Bayramov

  • By admin
  • 24 İyun 2022 12:03

“Şuşa işğaldan azad olunandan sonra ilk dəfə Azərbaycanın mədəniyyət paytaxtına Zəfərdən bir neçə ay sonra getmişdim. O zaman, öz azadlığına yenı qovuşmuş qürur mənbəyimizin işğal müddətində baxımsız şəhərə çevrilməsi hər yerdə, hər küçədə hiss olunurdu. 28 illik işğal müddətində şəhərdə əksər tarixi abidələr tamamilə dağıdılıb. 

Gununsesi.info xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, artıq Azad Şuşa yenidən qurulur və bərpa olunur: “Şəhərin hər yerində quruculuq işləri, tarixi abidələrin bərpası müşahidə olunur. Müzəffər Ali Baş Komandanımıza və şanlı ordumuza bu tarixi qüruru bizə yaşatdıqlarına görə bir daha təşəkkür edirik. Allahdan Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa diləyirik. Şuşa şəhərində bu dəfə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və Ekologiya komitələrinin birgə iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olundu. Bu məsələnin Şuşada müzakirəsi həmçinin rəmzi xarakter daşıyırdı. Çünki, dövlət büdcəsinə edilən yeni dəyişikliklərdən sonra işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat ayrılacaq. Bu isə o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasına yalnız son iki ildə dövlət büdcəsindən 4 milyard 870 milyon manat vəsait ayrılır. Azərbaycan heç bir xarici yardım olmadan, yalnız daxili maliyyə mənbələri hesabına işğaldan azad olunan ərazilərimizi qurur və bərpa edir. İki il ərzində işğaldan azad olunan ərazilərimizin bərpasına büdcədən 5 milyard manata yaxın vəsaitin ayrılması bir daha Azərbaycanın gücünü göstərir”.

V.Bayramov vurğulayıb ki, sürətli bərpa və yenidənqurma, ərazilərimizin minalardan təmizlənməsi bir daha təsdiq edir ki, məcburi köçkülərimizin qısa müddətdə öz ata-baba yurdlarına qayıdacaqlar: “Kütləvi Böyük Qaydış uzaqda deyil”.

Gununsesi.info