Kütləvi davada kişini gözündən bıçaqladılar

Şamaxıda kütləvi dava olub. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında rayonun Sabir qəsəbəsində qeydə alınıb. 

HTML tutorial

Mübahisə zamanı bir qrup şəxs arasında düşən davada qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əzimov Cavanşir Əlməmməd oğlu göz nahiyəsindən bıçaqlanıb.

O, dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdilib. Vəziyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org