Kütləvi etirazlardan sonra İranda nazir istefa verdi

  • By admin
  • 25 Noyabr 2019 17:45

İranın Kənd Təsərrüfatı naziri Mahmud Höccəti istefa verib.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, İran Prezidenti Həsən Ruhani onun istefasını qəbul edib.

Kənd Təsərrüfatı naziri vəzifəsinə müvəqqəti olaraq Abbas Keşavərzi təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl İran parlamenti M. Höccətinin fəaliyyətində problemlərin olduğu üçün ona qarşı impiçment elan edib.

Gununsesi.org