Küveytdə ağır yol qəzası baş verib - 15 ÖLÜ

  • By admin
  • 01 Aprel 2018 22:00

Küveytdə ağır yol qəzası baş verib, iki avtobus toqquşub.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində 15 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.

Hadisə “Artel Highway” yolunda, ölkənin paytaxtı yaxınlığında baş verib. Qeyd olunur ki, avtobuslar işçiləri daşıyırdı.

Yaralananlar xəstəxanaya yerləşdirilib.

Gununsesi.info