Küveytin maliyyə xərclərini Azərbaycan ödəyəcək? - RƏSMİ AÇIQLAMA

  • By admin
  • 23 Fevral 2017 15:08

gencler_ve_idman_nazirliyi_05

Gənclər və İdman Nazirliyi bəzi KİV-lərdə Azərbaycanın İslam Həmrəyliyi oyunlarında Küveytin maliyyə xərclərini də öz üzərinə götürməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Gununsesi.info  xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmaya Məmmədova deyib ki, bu, yalnış xəbərdir:  “Küveyt istəsə belə, oyunlarda iştirak edə bilməz. Çünki Küveyt Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən beynəlxalq yarışlardan iştirakdan uzaqlaşdırılıb. Azərbaycan Milli Olimpiya Komitəsi, İdman qurumları idman tədbirlərini BOK-un tələbləri çərçivəsində həyata keçirdiyi üçün Küveytin Azərbaycana gəlməsi mümkün deyil”.

Gununsesi.info