Kvinsi Promes Birləşmiş Ərəb Əmirliyində pasport nəzarətində saxlanılıb

  • By ilhame
  • 29 Fevral 2024 22:49

Rusiyanın “Spartak” klubunun niderlandlı futbolçusu Kvinsi Promes Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) pasport nəzarətində saxlanılıb.

 

Qeyd olunur ki, o, komandası ilə Sankt-Peterburqa uça bilməyib.

 

İdmançı təlim-məşq toplanışında olub. Futbolçunun saxlanılmasının səbəbi məlum deyil.

 

Verilən məlumata görə, klubun təhlükəsizlik işçiləri futbolçunun yanında qalıb.

 

Xatırladaq ki, fevralın 14-də Amsterdam məhkəməsi Kvinsi Promesi Antverpen limanına iki partiya kokainin idxalında iştirak etdiyinə görə qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edib. Bir neçə gün sonra o, beynəlxalq axtarışa verilib.

Gununsesi.info