
Fransada siyasi mühacir həyatı yaşayan İnqilab Kərimli Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasını Avropaya mühacirətə gedənlərə saxta üzvlük vəsiqəsi və arayışlar verməkdə ittiham edib.
Gununsesi.info-nun xəbərinə görə, Kərimli bildirib ki, bu rəqəmlər o qədər çoxluq təşkil edir ki, artıq Avropada bundan şübhələnməyə başlayıblar:
“Artıq elə vəziyyət yaranıb ki, Fransada “KXCP” adı gələndə mühacirləri kabnetlərdən qovurlar.
Ey mühacirətə getmək istəyən insanlar, əvvəla calışın getməyin. Cünki, indi əvvəlki dövr deyil, oturum vermirlər. “Gedəcəm” deyirsinizsə, 700 manat verib ,Mirmahmud Mirəlioğlunun o sənədini almayın.
Cünki, o sənədi harda əlinizdə görsələr, sizi hec bir qurum qəbul etməyəcək”.
Gununsesi.info-ya açıqlamasında isə Mirmahmud Mirəlioğlu bu iddiaları rədd etdiyini deyib: “Bu yalandır, böhtandır. Belə bir hal varsa, konkret adlar çəkilsin və hüquq-mühafizə orqanları araşdırsın”.
Günel
Gununsesi.info