Ləğv edilən marşrutlar bu tarixdə bərpa ediləcək - AÇIQLAMA

  • By admin
  • 29 Aprel 2018 15:42

“Hərəkətin məhdudlaşdırıldığı yollar açıldıqca, xətlər bərpa olunacaq”.
Gununsesi.info xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, müvəqqəti dayandırılan xətlər mayın 1-dən tədricən əvvəlki rejimə qaytarılacaq.
Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran Prisi yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik edilib.

125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılıb.

Gununsesi.info