Ləğv edilmiş “Günay Bank”ın əmanətçilərinə ödənilən kompensasiya

Lisenziyası ləğv edilmiş “Günay Bank” ASC-nin qorunan əmanətçilərinə ödənilmiş kompensasiyaların məbləği açıqlanıb.

Gununsesi.info Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, iyulun 11-nə kimi bankın 1 810 əmanətçisinə 29 347 665 manat kompensasiya ödənilib.

Qeyd edək ki, “Günay Bank”ASC-nin əmanətçilərinə kompensasiya olunacaq məbləğ 35 milyon 120 min manat təşkil edir.

Beləliklə, ümumilikdə kompensasiya məbləğindən ödənilməmiş 5 652 455 manat qalıb.

Gununsesi.info