Ötən parlament seçkilərində doğulduğu Oğuz rayonundan deputatlığa namizəd olan və kifayyət qədər uğurlu seçki kampaniyası aparan məşhur jurnalist Ləman Ələşrfəqızı 1 sentyabr – parlament seçkilərinə qatılmayacaq.
Bu barədə Gununsesi.info-ya danışan jurnalist bunu seçkiyə inamsızlığı ilə əsaslandırıb:
“Mən seçkiyə getmək haqqında birmənalı qərar verməmişdim. Baxmayaraq ki, sonuncu növbədənkənar seçkilərdə de-yure ikincilik məndə idi. Təbii ki, saxtalaşdırma olmasa birincilik də. Çünki mən ən mərkəzi dairələrdə rəqibim üzərində əzici qələbə qazanmışdım. Buna baxmayaraq, düşündüm ki, bu seçkilərdə də Aqiyə Naxçıvanlı tipində birini tapacaqlar. Elə də oldu. Oğuzun icra başçısı Eyvaz Qurbanov ötən seçkilərdə mənim səslərimi Aqiyə Naxçıvanlıya hesablayan adam namizədliyini verdi. Aydın məsələdir ki, o artıq “seçilib”. Mən niyə özümü yorum ki?”.
Afət Abbasova
Gununsesi.info