Lənkəran rayonunun Nərimanabad qəsəbəsində iki qardaş yol qəzasına düşüb.
“Report” xəbər verir ki, “Mercedes” markalı maşının aşması nəticəsində qardaşlardan biri – 1972-ci il təvəllüdlü Abdullayev İlqar Sultan oğlu ölüb, 1965-ci il təvəllüdlü Abdullayev Elnur Sultan oğlu isə yaralanıb.
Onların hər ikisi rayonun Balıqçılar kəndinin sakinləridirlər.
Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.
Gununsesi.info