Lənkəran Dövlət Universitetində “Məzun günü” keçirilib - FOTO

  • By admin
  • 01 İyul 2018 13:36

Lənkəran Dövlət Universitetində (LDU) növbəti “Məzun günü mərasimi Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə başlanıb.

Gununsesi.info xəbər verir ki, mərasimdə LDU-nun məzunlarının sevincinə professor-müəllim-tələbə heyəti ilə yanaşı onların
doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri şərik olub. Tədbiri universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq bütün iştirakçıları salamlayıb, bu ali təhsil ocağına “əlvida” deyən
məzunları, onların doğmalarını, bütün pedaqoji kollektivi təbrik edib. Ölkənin gələcəyinin ixtisaslı kadrların hazırlıq səviyyəsindən asılı olduğunu deyən professor Natiq İbrahimov məzunlara öyrəndikləri bilikləri təcrübədə uğurla sınaqdan
çıxarmağı arzu edib. Bildirib ki, bu il LDU-nu müxtəlif ixtisaslar üzrə 437 məzun bitirsə də, növbəti ildə yeni açılmış ixtisasların hesabına məzunların sayı təqribən iki dəfədən də artıq olacaqdır.

Universitet rəsmisi növbəti tədris ilində bir neçə yeni ixtisasda mütəxəssislərin hazırlanacağını deyib, LDU-nun tədris –təcrübə bazasının müasir tələblərə uyğun yenilənməsi istiqamətində görülən işlərdən ətraflı danışıb. Lənkəran Şəhər İcra hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev tələbə həyatına əlvida deyərək mmüstəqil həyata atılan məzunlara xoş arzularını bildirib, onları rayonun ictimai-iqtisadi həyatında fəal iştiraka , nəzəri biliklərini təsərrüfatda uğurla tədbiqə çağırıb.
Rayon Ağsaqqallar Şurasının sədr müavini , LDU ictimai şurasının sədriSərhad Məmmədov da məzunları təbrik edib, öyüd və nəsihətlərini çatdırıb, ölkəmizə layiqli vətəndaş olmağı arzulayıb. Mərasimdə universiteti əla qiymətlərlə bitirən məzunlara diplomlar təqdim edilib, həmçinin tədris ili boyu fərqlənən bir qrup müəllim və tələbəyə fəxri-
fərmanlar, təşəkkürnamələr təqdim edilib. Bir neçə saat davam edən “Məzun günü” tədbiri tələbələrin və rayonun
incəsənət ustalarının ifasında maraqlı musiqili-əyləncəli konsert proqramı ilə yekunlaşıb.