Lənkəran Şəhər İcra Hakimiyyəti aparatına yeni təyinatlar olub.
“Qafqazinfo” xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun Sərəncamı ilə aprelin 8-də icra başçısının birinci müavini və başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə yeni təyinatlar olub.
Sərəncama əsasən, Mikayıl Babək oğlu Cəfərzadə icra başçısının birinci müavini, Aqil İlqar oğlu Dadaşov isə başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə təyin olunub və kollektivə təqdim ediliblər.
Qeyd edək ki, hər iki şəxs bu vəzifəyə qədər Lənkəran ŞİH başçısı aparatında məsul vəzifələrdə çalışıblar. M.Cəfərzadə başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, A.Dadaşov isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini vəzifələrində fəaliyyət göstəriblər.
Fotoda Mikayıl Cəfərzadə