Lənkəran Polisində saxlanılan şəxs polisin silahı ilə özünü güllələdi

  • By admin
  • 11 Aprel 2017 14:05

gulle

Ötən gecə Lənkəran Şəhər Polis İdarəsində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, hadisə gecə saat 03 radələrində baş verib. Polis tərəfindən saxlanılan Xolmili kənd sakini, 40 yaşlı Fail Hüseynov polis əməkdaşından su istəyib. Şübhəli şəxsə su verərkən F.Hüseynov qəfil hücum edərək polisin silahını götürüb və özünə atəş açaraq intihar edib.

Gununsesi.info