Lənkəranda 56 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb. Gununsesi.info-ya verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Velədi kəndində qeydə alınıb. Kənd sakini, 56 yaşlı Şəmsəddin Əli oğlu Məmmədov şəxsi münaqişə zəminində ona məxsus “Lada Priora” markalı minik avtomobilində həmkəndlisi, “Maçan” ləqəbli İsaq Saleh oğlu Miriyev tərəfindən bıçaqlanıb. Qarın və boyun nahiyələrinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Şəmsəddin Məmmədova müvafiq tibbi yardım göstərilib, yaraları tikilib.Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törətməkdə təqsirli bilinən Saleh Miriyev isə qaçıb istintaqdan yayınmağa çalışsa da, bu, uzun çəkməyib. Artıq təqsirləndirilən şəxs poliş əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.